Kür-Bakı su kəmərində qəza olub, üç iri yaşayış məntəqəsinin sakinləri susuz qalıblar

Cəmiyyət


Kür-Bakı magistral su kəmərinin daha bir hissəsində qəza baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini su ilə təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözügedən rayonların və şəhərin əhalisi susuz qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunublar. Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş vermişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir