Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Biləsuvar şəhəri ərazisində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
17:22
Son günlər yağan leysan yağışları nəticəsində Biləsuvar şəhərinin mərkəzi küçələrinin bəzi hissələrini su basıb.
“Report”un Muğan bürosunun məlumatına görə, texnikalar vasitəsilə suçəkmə işləri aparılır.
Hazırda rayon ərazisində intensiv yağıntılar davam edir.
Qeyd edək ki, ötən gün də leysan və güclü külək Biləsuvar rayonunda bir sıra fəsadlara yol açıb.
www.102info.az