“Uşaqlarda menisk yırtıqlarına böyüklərə nisbətən nadir hallarda rast gəlinir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda qurumun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.
Həkim qeyd edib ki, uşaqlarda sümük elastik olur:
“Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa edir. Əgər belə bir hal baş verərsə, əməliyyata ehtiyac olmur”.
Travmatoloqun sözlərinə görə, yanlış korset istifadəsi zamanı menisk yırtığı yarana bilər:
“Korsetin çəkisi çox önəmlidir, istifadə olunan korsetlərin yan tərəflərində dəmir lövhələrin olması zədələnməyə səbəb ola bilər. Buna görə ixtisaslı həkimlərə müraciət etmək lazımdır”.
Nəzrin Vahid
www.102info.az