Lerikdə maşın dərəyə aşdı: Ölən və yaralananlar var

Cəmiyyət


Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21074 markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

www.102info.az