Bakıda avtomobillər toqquşdu: Yolun kənarında oturan qadın öldü

Cəmiyyət


Bakıda avtomobillər toqquşub.

APA xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində Anar Yasin oğlu Ələkbərovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Ələddin Rafiq oğlu Qasımovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil toqquşub.

Nəticədə “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarında əyləşmiş Xuraman Mobil qızı Həsənovanı vurub. Yaralı aldığı xəsarətlərdən 3 saylı Sabunçu xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir