Kürdəmirdə baş vermiş qəzada ölən digər şəxsin kimliyi məlum olub

Cəmiyyət


Ötən gün Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində “Mercedes Sprinter” markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində ölən digər şəxsin kimliyi məlum olub.

“Report” xəbər verir ki, qəza nəticəsində avtobusda olan sərnişin Nüsrət Əliyev dünyasını dəyişib. Eyni zamanda, Həmidə Quliyeva da hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı Fəxrəddin Məhəmmədhəsən oğlu Quliyev, Elgün Rəhbər oğlu Quliyev, Zeynəb Mübariz qızı Məmmədova, Zəhra Vüqar qızı Quliyeva, Məhəmməd Vüqar oğlu Quliyev, Qələmnaz Vüqar qızı Quliyev, İlqar Gəray oğlu Əliyev, Eldəniz Zahid oğlu Mehdiyev xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir