Bakıda dördəm dünyaya gəldi – TƏBİB vəziyyətlərini açıqladı

Cəmiyyət


Ötən gün Bakıda dördəm dünyaya gəlib. 

TƏBİB uşaqların vəziyyəti ilə bağlı APA-ya açıqlama verib.

Bildirilib ki, 1993-cü il təvəllüdlü vətəndaş tərəfindən 31.03.2023-cü il tarixində TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dördəm dünyaya gəlib:

“Körpələr doğularkən çəkiləri 1 300, 1 300, 1 400 (hər biri kişi cinsi olmaqla) və 1 200 (qadın cinsi olmaqla) olub. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilib. 02.05.2023-cü il tarixində anaları və körpələri kafi vəziyyətdə evə buraxılıb”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir