Mərkəzi Nəbatat Bağında ağaclarda xəstəlik aşkarlandı

Cəmiyyət


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri yenidənqurma və abadlıq işləri aparılan Mərkəzi Nəbatat Bağına baxış keçiriblər.

Oxu.Az xəbər verir ki, baxış zamanı ərazidə son dövrlərdə ziyanvericilərin sirayət etməsi nəticəsində bir neçə ağacın xəstəlikdən quruduğu müşahidə olunub. Qurumuş ağacların bəzilərinin götürüldüyü, bəzilərinin isə qaldığı müəyyən edilib. Xəstəliyin digər ağaclara keçməməsi üçün Nəbatat Bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib.

Əraziyə baxış keçirilən zaman bioloji inkişafda olan bir neçə cavan ağacda “hisli kif” və “lentşəkilli sovka” xəstəliyi aşkar edilib. Onların bir hissəsi kəsilib, lakin ərazidən tam həcmdə götürülməyib və utilizasiyası həyata keçirilməyib.

Bütün çatışmazlıqlar rəsmiləşdirilib və bağın rəhbərliyinə tapşırılıb ki, abadlaşdırma prosesində yaşıllıqların qorunması və mühafizəsi təmin edilsin.

Qeyd edilib ki, Nəbatat Bağında yenidənqurma və abadlıq işləri başa çatdırıldıqdan sonra bağ paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl təbiət nümunəsinə çevriləcək.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir