Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin görüntüləri yayıldı – AÇIQLAMA + FOTO/VİDEO

Cəmiyyət


Bakıda metamfetamin qəbul etdiyi iddia olunan məktəblinin görüntüləri müzakirələr doğurub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin özünü qəribə aparması, qeyri-ixtiyari hərəkətləri əks olunur. Şəbəkə istifadəçiləri onun məktəbli olduğunu iddia edib, davranışını isə metamfetamin qəbul etməsi ilə əlaqələndiriblər.

Görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetmə ilə əlaqədar araşdırmalara başlanıb. Komitənin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, bu məsələ ilə əlaqədar polislə birlikdə iş aparılır:

“Sosial şəbəkələrdə yayılan videogörüntü paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Artıq bununla bağlı araşdırmalar aparılır. Həmin yeniyetmənin kimliyi müəyyən edildikdən sonra, ehtiyac yaranarsa, sığınacağa da yerləşdirilə bilər. Bu barədə məlumat veriləcək”.

Sözügedən videogörüntünü təqdim edirik:

 Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir