Qubanın Digah kəndində yüzlərlə məktəbli hər gün təhlükə ilə üz-üzə qalır. Məktəbin qarşısında piyada nişanı olsa da, yolda zolaq yoxdur.
Kənd sakinlərinin sözlərinə görə, həmin yolda dəfələrlə bədbəxt hadisə baş verib:
“Bir həftə qabaq 3-cü sinif şagirdini maşın vurub, ayağı sınıb, xəstəxanadadır. Kənd içində sürətin məhdudlaşdırılmasını xahiş edirik”.
Bəs görəsən, məktəbin qarşısındakı problem nə zaman həll olunacaq?
www.102info.az