Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, Qəhrəmanlı kəndində 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüblər. Sürücü Əyyub Salahlı isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az