“Azərbaycanda geniş ərazi minalarla çirklənib və ərazilərin təmizlənməsi böyük zəhmət tələb edir”.
“Report” xəbər verir ki, bunu ANAMA ilə əməkdaşlıq edən Böyük Britaniyanın “RPS Energy Ltd.” şirkətinin texniki direktoru Devid Denman brifinq zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iş çox ağırdır və tez-tez insan itkilərinə səbəb olur.
“Təəssüf ki, bu yaxınlarda “RPS Energy Ltd.” şirkətinin subpodratçısı olan “RB Group”un üç əməkdaşı mina partlaması nəticəsində həlak olub”, – Denman deyib və həmin şəxslərin çox çətin şəraitdə iş gördüklərini qeyd edib.
Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy Ltd.” şirkəti ilə çalışan 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
www.102info.az