Daha iki vəzifəli polis işdən kənarlaşdırıldı

Cəmiyyət


Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.

Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir