Azərbaycanlı tələbə Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanıb – FOTO

Cəmiyyət


Bir müddət öncə ABŞ-də kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olunan azərbaycanlı Dəniz Səttarlı Qazaxıstandakı Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev “Twitter” səhifəsində yazıb.

Nazir bildirib: “Bir müddət öncə ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul alan məktəblimiz Dəniz Səttarlı Qazaxıstanın Astana şəhərində keçirilən 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib. Təbriklər və uğurlar!”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir