Bu gün Abşeron rayonun Saray qəsəbəsi yaxınlığından keçən hissəsində sərnişin avtobusu işıq dirəyinə çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt magistralını Novxanı qəsəbəsi ilə birləşdirən yolda baş verib.
İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub:
“Hadisə səhər saat 08:00-da qeydə alınıb. “Isuzu” markalı 01-AB-150 dövlət nömrə nişanlı avtobus yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü sərxoşluq müayinəsindən keçirilib və nəticə təmiz çıxıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Toplanan materiallar aidiyyəti üzrə sığorta şirkətinə göndərilib, dəymiş zərər hesablanır. Faktla bağlı araşdırma aparılır”.
Könül Cəfərli
www.102info.az