Prezidentin köməkçisi quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib

Cəmiyyət


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda karantin rejimin uzadılması ilə bağlı məsələyə münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda iyun ayının 1-nə kimi karantin rejimi davam edir:

“Ondan sonra isə karantin rejiminin uzadılması və quru sərhədlərinin açılması məsələsinə baxacağıq. Hələ ki heç nə bəlli deyil”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love