Mübariz Qurbanlı: “Azad edilmiş ərazilərdə məscid və abidələrin bərpası işi aparılır”

Cəmiyyət


“İşğaldan azad edilmiş əraizlərdə məscid tikintiləri tarixi abidələrin bərpası işi aparılır. Bu, ölkə başçısı və Mehriban Əliyevanın xüsusi diqqətindədir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu proseslərlə bağlı xüsusi proqram tərtib olunub:

“Bu proqrama uyğun olaraq həmin ərazilərdə məscidlər inşa olunur. Əsasən fikir verilir ki, əvvəlki dövrdə olan məscidlər eyni formada bərpa olunsun. Çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, böyük qayıdış yekunlaşdıqdan sonra isə həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir