Komitə sədri: “Soydaşlarımızın fəallığı diaspor quruculuğunun inkişafında böyük rol oynayır”

Cəmiyyət


“Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi bir gündür. Bizim müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bu günü qeyd edirlər. Bu il yüzdən çox tədbir planlaşdırılıb. Onların bir qismi artıq həyata keçirilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, soydaşlarımızın fəallığı diaspor quruculuğunun inkişafında böyük rol oynayır:

“Diaspor quruculuğunun əsası da ulu öndər tərəfindən qoyulub. Bu gün artıq dünyada yetmişdən çox mərkəzi icra qurumu mövcuddur. Yəni əgər 20 il bundan öncə yumşaq gücdən istifadə, eyni zamanda, ictimai-siyasi proseslərə, diasporun yanaşması fərqli idisə, bu gün artıq bütün böyük dövlətlərdə də həm diaspor quruculuğu, həm də yumşaq gücdən istifadə artıq gündəmdədir və nəzərə alsaq ki, bizim bu istiqamətdə soydaşlarımızın fəallığı çox böyükdür, buna görə də biz ulu öndərə borcluyuq.

Keçən il Dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi də çox əlamətdar bir hadisə olmuşdu. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin! Bu gün bizim hər birimiz bu yolun davamçısıyıq və mən inanıram ki, bugünkü Azərbaycanın inkişaf strategiyası, gələcək inkişaf strategiyası məhz o zamanlar qoyulub və bu gün də uğurla davam edir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir