“Bu gün ümummilli lider Heydər Əliyevin ad günüdür. Azərbaycan xalqının böyük oğlunun, Heydər Əliyevin Azərbaycan yəhudilərinə olan xüsusi diqqəti və qayğısı hələ sovet dönəminin çətin günlərindən, dinin, istənilən milli adət ənənənin qadağan olan zamanlarından bizə çox yaxşı məlumdur”.
Bu barədə Oxu.Az-a Gürcü-Sefarad yəhudiləri Bakı Dini İcmasının sədri, ravvin Zamir İsayev məlumat verib.
Onun sözlərinə görə, Moskvanın bütün qadağalarına və təzyiqinə baxmayaraq, ulu öndər 1970-ci illərin əvvəllərində Bakıda Pesax bayramı üçün Azərbaycanda ilk kütləvi matsa istehsalına şəxsən icazə verib, bunun üçün xüsusi avadanlıq gətizdirməyə və istehsala başlamağa hər bir şərait yaradılıb:
“Məhz ulu öndərin sayəsində 20 ildən çox müddətdə hər il Bakıda 10 tondan çox matsa istehsal olunurdu və hər bir yəhudi ailəsi müqəddəs Pesax bayramını layiqincə qeyd edə bilirdi.
Bakıda 46 saylı yəhudi məktəbi məhz ulu öndərin şəxsi təşəbbüsü sayəsində 1994-cü ildə açılıb.
Heydər Əliyev yolunu indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Dövlətimiz Azərbaycanda yaşayan azsaylı xalqlara nəinki hazırkı vaxtda xüsusi qayğı göstərir, həmçinin onların gələcəyi haqqında düşünür, onların öz milli adət ənənələrini, milli şüurunu qoruyub saxlamaq üçün hər bir şərait yaradır. Buna misal olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət proqramı çərçivəsində Bakı yəhudi məktəblərində 3 yəhudi fənninin : Yəhudi xalqının tarixi, Yəhudi xalqının adət ənənələri və İvrit dili yüksək səviyyədə tədris olunur.
Bu gün ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi keçirilib və məktəbimizin bir qrup şagirdi Heydər Əliyevin abidəsini yad edib, ulu öndərə həsr olunmuş şeirlər və məruzələr oxuyub”.







www.102info.az