Məhkəmə sabiq polis əməkdaşı ilə bağlı qərar çıxardı

Cəmiyyət


Ali Məhkəmədə Mingəçevir şəhər sakini, əvvəllər polis orqanlarında çalışmış Elbrus Əmiraslanovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Elbrus Əmiraslanov qisas məqsədi ilə həmyerlisi və qohumu olan Sevda Şəfiyevanın oğlu Rüstəm Məmmədovun qəbirin üstünə çıxaraq orada gül səbətini və məzarın sinə daşının üstündə olan mərmər gülqabıları təpikləyərək kənara atıb, qəsdən qəbir üzərində təhqiredici hərəkətlər edib.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cinayət cəzasına məhkum olunub. Elbrus Əmiraslanov Mingəçevir Şəhər Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir