Leykozdan əziyyət çəkən 9 aylıq körpənin anası fəryad edir: “Müalicə üçün imkanımız çatmır” – FOTO

Cəmiyyət


9 aylıq Solmazın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Gülasər Mustafayeva məlumat verib.

O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:

“Solmaz 2022-ci ilin avqust ayında dünyaya gəlib. Dünyaya gəldikdən iki ay sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Həkimlərin dediyinə görə, övladım 1 yaşına qədər müalicə olmalıdır. Daha sonra donor axtarışına başlayacayıq”

Gülasər Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Solmazın müalicəsi üçün biz təcili Türkiyəyə yola düşməliyik. Onun müalicəsinin bir kursu üçün bizim 8 000 manata ehtiyacımız var, həmin məbləğin 1 000 manatını toplasaq da, 7 000 manatı toplamağa imkanımız yoxdur, gücümüz çatmır. Yoldaşım gündəlik 15-20 manata fəhlə işləyir. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 055 814 05 26

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir