Nazirlikdən valideynlərə XƏBƏRDARLIQ: “Şirinlik” verməyin”

Cəmiyyət


Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib. 

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov canlı yayımda bildirib. 

O, bildirib ki, övladları birinci sinfə qəbul olan valideynlər məktəb direktorlarına hər hansı bir “şirinlik” verməsinlər:

“Bunu istəyən direktorlar qanun pozuntusu edirlər. Belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına, nazirliyə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər. Valideynlər xəbər verməklə bizə köməklik etmiş olarlar”.

O bildirib ki, valideynlər öz hüquqlarını müdafiə etməlidirlər:

“Şagirdin bütün sənədləri qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir