“Ən sərt məhdudiyyətlər tətbiq etməklə birdəfəlik vəziyyətdən çıxmaq lazımdır…”

Cəmiyyət Gündəm

Yenə də bəzi tanıdığım insanların koronavirusla bağlı təkrar-təkrar fantastik fikirləri ağıla sığımır. Bu baxımdan da ətrafımızdakı insanlar gənc, cavan yaşlarında ölürlər”
Bunu açıqlamasında “Xalq Cəbhəsi” qızetinin baş redaktoru, BAXCP sədrinin müavini, şair Elçin Mirzəbəyli deyib. O, sərt məhdudiyyətlər tətbiq etməklə vəziyyətdən çıxmağın vacibliyini vurğulayıb:
“Sözün düzü, insanlar məni şoka salır və onların nə baş verməsini gözlədiyini anlamaq mümkün deyil. Yenə də bəzi tanıdığım insanların koronavirusla bağlı təkrar-təkrar fantastik fikirləri heç bir məntiqə, ağıla sığımır. Ətrafımızdakı insanların gənc, cavan yaşlarında ölmələri belə bir çoxlarını qəflət yuxusundan oytamayıb. Deyəcək söz yoxdur və indiki məqamda yeganə çıxış yolu ən sərt məhdudiyyətlər tətbiq etməklə birdəfəlik vəziyyətdən çıxmaqdır. Prosesin belə davam etməsi çox ağır nəticələrə gətirib çıxara bilər və təəssüflər olsun  ki, bizim cəmiyyətdən gözləntilərimiz müəyyən məqamlarda özünü doğrultmur”. 
E.Mirzəbəyli tələbə yoldaşı, rejissor Etibar Babayevin də koronavirusdan ölməsinə təəssüfləndiyini bildirib: “E.Babayev tələbə yoldaşımdı, zaman etibarilə mən yuxarı kursda oxumuşam, amma çox yaxın dost münasibətlərimiz olub. Çox gözəl, çox istedadlı rejissor idi və olduqca müsbət xarakteri olan şəxsi idi. Onu tanıyan hər kəs bu sözləri təkrar edə bilər. Öz dostlarına, ətrafındakı insanlara qarşı da diqqətcil idi. Bu mənada E.Babayevin ölümü bütövlükdə Azərbaycan incəsənəti üçün ağır itkidir”.
Qeyd edək ki, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev koronavirus pandemiyasından dünyasını dəyişib. O, Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi və orda müalicə alırdı. Son günlər isə vəziyyəti pisləşmişdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir