Kürütökmə mövsümündə qanunsuz balıq ovlayan şəxs saxlanılıb – FOTO

Cəmiyyət


Kürütökmə mövsümündə qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu reyd zamanı aidiyyəti qurumlardan müvafiq icazə almadan qanunsuz olaraq balıq ovu ilə məşğul olan Samux rayon sakini Həsrət Yusifov saxlanılıb.

Araşdırmalar zamanı onun Mingəçevir Su Anbarının Samux rayon ərazisindəki hissəsindən qanunsuz olaraq 24 ədəd çəki, 6 ədəd daban və 86 çapaq balığı ovlaması məlum olub. H.Yusifova məxsus sintetik tor və digər avadanlıqlar maddi sübut kimi götürülüb.

Şəxs barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir