Bakıda doğulan dördəmin doğum haqqında şəhadətnamələri bu gün Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə təqdim edilib.
Təqdimat Heydər Əliyev Mərkəzində baş tutub.
Oxu.Az xəbər verir ki, Məmmədli ailəsində 31 mart 2023-cü ildə dördəm dünyaya gəlib.
Uşaqlara ailə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını verib.
Qeyd edək ki, Məmmədli ailəsinin ilk övladı qızdır. Ayan adlı qızın yeddi yaşı var.
Könül Cəfərli
www.102info.az