Biləsuvarda azyaşlı qardaş-bacı zəhərləniblər.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 1 və 3 yaşlı qardaş-bacı zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına gətiriliblər. Onlara lazımi tibbi yardım göstərilib.
Azyaşlıların dərmandan zəhərləndikləri bildirilir.
www.102info.az