Bakının Sabunçu rayonunda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, 1992-ci il təvəllüdlü Gülər Mehman qızı Osmanova yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az