İlham və Səid Məmmədovların sağalmağı üçün dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Nərmin Məmmədova məlumat verib.
O bildirib ki, övladlarının ikisi də fərqli xəstəlikdən əziyyət çəkir.
“Böyük oğlum İlhamın iki yaşı olanda onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda üç yaşı var. İnanın bildiyimiz gündən müalicələrdəyik. Vəziyyəti ağırlaşmasın deyə, əlimizdən gələn hər şeyi edirik, amma müalicələri davam etdirməyə artıq imkanımız yoxdur. Həkimlə təcili Türkiyəyə gedib orada müalicə olmağımızı tövsiyə edib. Onun bir kurs müalicəsi üçün bizim 6 000 manata ehtiyacımız var”
Nərmin Məmmədova bildirib ki, kiçik övladı Səidin isə sidik refleksi yoxdur.
“Səid 7 aylıqdır. Doğulandan bəri sidik refleksi yoxdur. Sidiyə kateter vasitəsilə gedir. İnanın hər dəfə kateterlə sidiyə çıxanda elə ağlayır ki, ürəyim parçalanır. Səid Türkiyədə əməliyyat olunmalıdır, onun əməliyyatı üçün isə 5 000 manata ehtiyacımız var”
Gənc ana övladları üçün dəstək istəyib:
“İki övladının da xəstə olması bir ana üçün çox dəhşətlidir, ağırdır. Bilmirəm hansına qaçım, hansına çatdırım. Hərdən düşünəndə ki, onları itirə bilərəm, elə bilirəm dəli olacağam. Yardımsevər şəxslərdən, mənim övladlarıma dəstək olmaları üçün yalvarıram”
Ailə ilə əlaqə: 055 523 26 27




www.102info.az