Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurab Alıyev, onun qardaşı Elçin Alıyev və əmisi oğlu, 1994-cü il təvəllüdlü Elçin Alıyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan E.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az