Şamaxı sakinləri dəm qazından zəhərlənib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxının Böyük Xınıslı kəndi Bayramov küçəsi ev 22 ünvanında baş verib.
Rayon sakinləri 1982-ci il təvəllüdlü Əliyev Füzuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Rayon mərkəzi xəstəxanasına aparılan hər iki şəxsin vəziyyəti stabildir.
www.102info.az