ANAMA işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşlara müraciət etdi

Cəmiyyət


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstərişlərinə əməl etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, insanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar.

“Vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”, – deyə müraciətdə bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir