Heydər Əliyev Fondu “Royal Windsor Horse Show”da Azərbaycan pavilyonunu təqdim edib – FOTO

Cəmiyyət


Böyük Britaniyanın Vindzor qəsrində ənənəvi Vindzor Kral Atçılıq Şousu (“Royal Windsor Horse Show”) çərçivəsində Azərbaycan pavilyonu təqdim olunub.

Oxu.Az xəbər verir ki, atçılıq şousu 1943-cü ildən etibarən ənənəvi olaraq hər il Vindzor sarayının parkında təşkil edilir.

Tədbirdə ölkəmizi Atçılıq Federasiyası təmsil edib və dörd gün ərzində Qarabağ atları, milli rəqs qrupunun çıxışları olub.

Bu il tədbir çərçivəsində həmçinin ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılıb. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.

Pavilyonda mərkəzi yeri alan Qarabağ atının təsvirləri və tarixi çövkən yarışlarından fotosərgi, müəllifi Müşfiq Heydərovun olduğu “Çələbi” heykəltaraşlıq nümunəsi maraqla qarşılanıb. Azərbaycan musiqisinin mirvarisi olan muğam triosunu təqdim edən musiqi alətləri, qədim mis və saxsı qablar, milli geyimlər, xalçaçılıq nümunələri ziyarətçilərin diqqət mərkəzində olub. Pavilyonda Heydər Əliyev Fondunun müxtəlif nəşrləri də təqdim edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir