Sürüşmə zonaları yenidən aktivləşir? – Son vəziyyət AÇIQLANDI

Cəmiyyət


“Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir”.

Bunu “Trend”ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Siyəzəndə sürüşmə olub.

“Hazırda həmin ərazidə aktivlik yoxdur. Abşeronun sürüşmə zonalarında yalnız Masazır və Nübar yaşayış massivində zəif dislokasiyalar var. Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik yoxdur.

Cənub zonasında lokal sürüşmələr qeydə alınır. Yardımlı-Masallı yolunun sağ çiynində qırılıb düşmə var. Yağışların mövsümi xarakterli artmasıyla sürüşmə proseslərində zəif aktivlik baş verə bilər”.

Xidmət rəisi deyib ki, bu gün əsasən cənub bölgəsində monitorinqlər aparılır.

“Azərbaycanda 99 lokal sürüşmə sahəsi var. Ancaq bunların 42-də aktivləşmə ola bilir ki, həmin sahələrdə də monitorinqlər aparırıq. Ümumi götürdükdə hazırda ölkədə sürüşmə zonalarında ciddi aktivlik müşahidə olunmur”, – deyə Xidmət rəisi qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir