Bakıda qadın və azyaşlı nəvəsini avtomobil vurub

Cəmiyyət


Bakının Xətai rayonunda 50 yaşlı qadın və 6 yaşlı nəvəsi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.

“Report”un məlumatına görə, 1973-cü il təvəllüdlü Kəmalə Eldar qızı Paşayeva və onun nəvəsi 2017-ci il təvəllüdlü S.Quluzadə yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir