Bakıda Türkiyə vətəndaşından oğurluq edilib

Cəmiyyət


Bakıda restorandan oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Gümen Azizə məxsus restorandan 340 manat dəyərində mobil telefon və 20 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az