Göyçayda avtomobil aşıb: Xəsarət alan var

Cəmiyyət


Göyçay rayonunda 23 yaşlı oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” un məlumatına görə, 2000-ci il təvəllüdlü Röyal Eynulla oğlu Səfərov idarə etdiyi avtomobili aşırıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir