Əməkdar artist süni nəfəs aparatından ayrılıb

Cəmiyyət


“Əməkdar artist Elxan Qasımov hazırda reanimasiyadadır, süni nəfəs aparatından ayrılıb”.

Bu barədə APA-ya aktyorun qohumu, kinorejissor Tahir Tahiroviç məlumat verib.

“Düzdür, səhhətində irəliləyiş var, yaxşılığa doğru gedir, vəziyyəti stabilləşib, amma təbii ki, müalicə uzun çəkən prosesdir”, – o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir