Vəkillər Kollegiyasında Avropa Şurasının rəhbərliyi ilə görüş keçirilib – FOTO

Cəmiyyət


Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix Azərbaycanın Vəkillər Kollegiyasında olub.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonağı salamlayıb, son dövrlər Avropa Şurası ilə kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun kollegiya üçün əhəmiyyətindən bəhs edib.

Daha sonra Avropa Şurasının Bakı Ofisinin rəhbərinə həyata keçirilən islahatlarla daha ətraflı tanış olması üçün təqdimat nümayiş edilib və ötən müddət ərzində müxtəlif istiqamətlərdə köklü şəkildə görülən işlər barədə məlumat verilib, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışılıb və əldə olunan beynəlxalq təcrübələrin kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirilib.

Petr Zix isə səmimi görüşə görə təşəkkürünü bildirib, son bir neçə ildə həyata keçirilən fəaliyyətin təqdirəlayiq hesab etdiyini vurğulayıb. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi edilib və gələcək əməkdaşlıq barədə təkliflər müzakirə olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir