“Bakı Metropoliteni” QSC yeni əməkdaşlar axtarır.
Bu barədə Oxu.Az-a qurum tərəfindən məlumat verilib.
Belə ki, metropolitendə SƏTƏMM (Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) mühəndisi vəzifəsinə vakansiya elan edilib.
Bu sahədə çalışmaq istəyənlərdən aşağıda qeyd edilənlər tələb olunur:
Ali texniki təhsil;
Ən azı 2 il müvafiq iş təcrübəsi (tikinti üzrə təcrübə arzuolunandır);
MS Office proqramlarında (Outlook, Word, Excel, Power Point) işləmək bacarığı;
Sahə üzrə diplom, sertifikat və s. arzuolunandır;
İngilis və rus dillərini bilmək arzuolunandır.
Sadalanan kriteriyalara uyğun gələn şəxslər ərizələrini mayın 16-dan 26-na qədər aidiyyəti üzrə təqdim edə bilərlər.
www.102info.az