Nazir qırmızı diplomlu şəxslərə güzəştlərin olması təklifini dəstəkləyib

Cəmiyyət


“Qırmızı diplomlarla bağlı müzakirələr yaxşıdır, lakin hansı güzəştlərin olması təklif edilməlidir”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi  brifinqdə bildirib.

O qeyd edib ki, nazirlik güzəşti etmir, onu işəgötürən, bazar müəyyən edir:

“Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır”.

“Mən 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngidirsə, o zaman güzəşt edilməsi düzgün deyil”, – deyə nazir qeyd edib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir