Bakıda dələduzluq edən ər-arvadın yenidən məhkəməsi başladı

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə keçmiş deputatın anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. L.Abdullayeva məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, iş üzrə 5 zərərçəkmiş var.

Təqsirləndirilən şəxslərin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir