34 yaşlı Zaur Davrinbəyov diffuz B böyükhüceyrəli limfoma (qan xərçənginin bir növü) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun özü məlumat verib.
O bildirib ki, artıq iki ildir bu xəstəlikdən əziyyət çəkir.
“İki ilə yaxındır diffuz B böyükhüceyrəli limfoma xəstəliyindən əziyyət çəkirəm. Bu müddət ərzində 16 dəfə kimya-terapiya qəbul etmişəm. Müalicədən bir müddət sonra tam sağalsam da, xəstəlik üç ay sonra yenidən alovlanıb”.
Zaur Davrinbəyov bildirib ki, onun iki azyaşlı övladı var.
“Sağalmağım üçün təcili ilik nəqli edilməlidir. Köçürülmə Türkiyədə yerləşən xəstəxanaların birində həyata keçiriləcək. Amma əməliyyat üçün lazım olan 50 000 dolların cəmi 15 000 dollarını toplaya bilmişik. Hazırda 35 000 dollara ehtiyacım var. Bəzən insanlar mənim mübarizəmin yanlış olduğunu deyirlər. Amma mənim iki azyaşlı övladım var, onlara görə mübarizə aparıb sağalmalıyam. Buna görə də yardımsevər şəxslərdən mənə bu çətin sınaqdan keçməyim üçün kömək olmalarını xahiş edirəm”.
Zaur Davrinbəyovla əlaqə: 055-890-81-61






www.102info.az