Ötən gün sosial şəbəkələrdə istismara yararsız dəmir yol xəttinin üzərində tikinti aparıldığının görüntüləri geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələyə aidiyyəti qurumlardan cavab tələb ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəmir yolu üzərində tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb:
“Araşdırma zamanı məlum olub ki, həmin görüntülərin Azərbaycanda deyil, xarici ölkələrdən birində çəkilməsi müəyyən olunub”.
Qeyd edək ki, məsələ ilə bağlı paylaşımlara daha çox işarələnən “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova mövzuya operativ reaksiya verərək, təmsil etdiyi qurumun infrastrukturunda, eləcə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını bildirib.
Könül Cəfərli
www.102info.az