Bakının mərkəzində profilaktoriya insanların narazılığına səbəb olub – VİDEO

Cəmiyyət


Nərimanov rayonunun mərkəzində, yaşayış binalarının yanında fəaliyyət göstərən profilaktoriya sakinlərin narazılığına səbəb olub. 

Bu barədə Oxu.Az-a Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 218 ünvanında yaşayan sakin məlumat verib. 

Sakin iddia edir ki, sözügedən ünvanda yaşayış binalarının həyətində fəaliyyət göstərən avtoprofilaktoriya gecə saatlarına qədər işləyir və səs sakinləri narahat edir:

“Bundan öncə ərazidə taksi şirkətlərindən birinin qarajı yerləşirdi. Daha sonra avtoprofilaktoriya etdilər. Ərazidə maşın əlindən tərpənmək olmur, uşaqlar binanın qarşısında oynaya bilmir. Səs-küy insanları istər gündüz, istərsə də gecə narahat edir. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına da məlumat vermişik. Lakin hələ də gecə saatlarına qədər səs-küy davam edir”.

Vətəndaşın şikayətini əks etdirən videogörüntünü təqdim edirik:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir