Naxçıvan Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib

Cəmiyyət


Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edilib.

Oxu.Az xəbər verir ki, müvafiq qərarla nazirliyin kollegiya üzvlərinin sayı beş nəfərdən ibarət müəyyənləşdirilib.

Yeni tərkibdə muxtar respublikanın səhiyyə naziri kollegiyanın sədri, onun birinci müavini və digər müavini, eləcə də nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kollegiyanın üzvləri kimi təsdiq olunublar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir