Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forum başlayıb.
“Report” xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.
İki gün davam edəcək Forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ikinci gün isə ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək.
Tədbirin rəsmi hissəsində TKTA-nin idarə heyətinin sədri Ülkər Səttarova, elm və təhsil nazirinin müavini İdris İsayev, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin direktoru Maqali Sonen, Sloveniya Keyfiyyət Təminatı Agentliyinin direktoru, Mərkəzi və Şərqi Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin prezidenti, doktor Frensi Demsar, Rumıniya Keyfiyyət Təminatı Agentliyinin baş direktoru, Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyasının vitse-prezidenti Daniyela Kristina çıxış edəcəklər.
www.102info.az