Azyaşlı bağçada ikinci mərtəbədən yıxılıb – VİDEO

Cəmiyyət


Mingəçevirdə 2 yaşlı uşaq bağçanın 2-ci mərtəbəsindən yerə çırpılıb.

Hadisə şəhərin Azərbaycan DRES qəsəbəsindəki 17 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 2 yaşlı uşağa tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilib.

Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir