Lənkəranda dörd maşın toqquşub: Xəsarət alanlar var

Cəmiyyət


Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

90-OV-097 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili, 44-BG-327 dövlət qeydiyyat nömrə nişanlı VAZ-2106 markalı minik avtomobili, 90-TP-707 dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobili və 99-XD-943 dövlət qeydiyyat nömrə nişanlı “Ford Transit” markalı yük avtomobili toqquşub. Sürücülərdən biri – Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov və piyada Gülnaz Fərman qızı Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir