Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
“Report” xəbər verir ki, olay rayonun Mallı-Şıxlı kəndində baş verib.
Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirirərək qəza törədib və iki nəfər xəsarət alıb.
Yaralılardan sürücü 1958-ci il təvəllüdlü Əhmədov Muxtar Soltan oğlu rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sərnişinin – sürücünün həyat yoldaşının vəziyyəti normal olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az