Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
“Report”un məlumatına görə, “Məzunlar Evi”nin qarşısında 3 yaşlı Əkbər Aslan oğlu Hüseynov və 5 yaşlı Cəsur Vəli oğlu Əbilov küçə itlərinin hücumuna məruz qalıb.
Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaralar diaqnozu qoyulub.
Azyaşlıların valideynləri bildiriblər ki, övladlarının durumu ağırdır.
www.102info.az